ABŞ İsrailə hərbi xərclər üçün 3,5 milyard dollar ayıracaq
ABŞ silah və hərbi texnika alınması üçün İsrailə 3,5 milyard dollar ayırmaq niyyətindədir.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə “CNN” telekanalı öz mənbələrinə istinadla məlumat yayıb.
Bildirilir ki, Dövlət Departamenti amerikalı qanunvericiləri Ağ ev administrasiyasının İsrailə milyardlarla dollarlıq xarici hərbi maliyyə vəsaiti ayırmaq niyyəti barədə xəbərdar edib.
Aprel ayında Konqresin hər iki palatasının qəbul etdiyi yardım paketi çərçivəsində 3,5 milyard dollarlıq maliyyə dəstəyi veriləcəyini qeyd edən səlahiyyətlilər, bu yardımın yaxın gələcəkdə verilməyəcəyini bildiriblər.
Qeyd edək ki, ABŞ Prezidenti Co Baydenin aprel ayında imzaladığı paketdə İsrailə hərbi dəstək üçün təxminən 14 milyard dollar, maliyyə yardımı üçün isə ümumilikdə 26 milyard dollar ayrılıb.
Nigar Hacılı
"Cebheinfo.az"