Adanada zəlzələ

Adanada zəlzələ

Türkiyənin Adana vilayətində yenidən zəlzələ qeydə alınıb.

Bu barədə AFAD-ın rəsmi internet səhifəsində məlumat yayılıb.

Bildirilib ki, vilayətin Saimbeyli rayonunda baş verən yeraltı təkan Rixter şkalası ilə 3 ballıq maqnituda ilə qiymətləndirilib.

Ocağı yerin 10.7 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.

"Cebhe.info"