“Adidas” milyonlarla dollarlıq rüşvət iddialarını araşdırır

“Adidas” milyonlarla dollarlıq rüşvət iddialarını araşdırır

Almaniyanın “Adidas” şirkəti brendin Çin bölməsində milyonlarla avro dəyərində irimiqyaslı korrupsiya sxemi haqqında məlumatla bağlı araşdırmaya başlayıb.

Bu barədə “Financial Times” öz mənbələrinə istinadən məlumat yayıb.

Nəşr bildirib ki, internetdə brendin Çin filialının əməkdaşlarının rüşvətxorluqda ittiham edən anonim məktub peyda olub. Məlumata görə, məktubda iki menecerin adı çəkilib.

Belə ki, onlardan biri şirkətin illik 250 milyon avroluq milli marketinq büdcəsinə cavabdehdir, digəri isə tədarükçülərdən və daşınmaz əmlakdan rüşvətlə milyonlarla nağd pul aldığı iddia edilir.

Nəşrin məlumatına görə, hələlik heç bir əhəmiyyətli sübut tapılmayıb.

"Cebhe.info"