Rusiyada doğum sürətlə azalır

Rusiyada doğum sürətlə azalır

Hökumətin təşviqlərinə baxmayaraq, Rusiyada doğum səviyyəsi azalmaqda davam edir.

 "Cebhe.info" xəbər verir ki, ölkədə uşaq dünyaya gətirən ailələrə verilən yardımlar artdığı halda, son 10 ildə doğuşlar təxminən 20 faiz azalıb.

“Nezavisimaya qazeta”-nın açıqladığı ictimai sorğunun nəticələrinə görə, uşaq sahibi olmamışdan əvvəl Rusiya vətəndaşlarının 25 faizi təhsili, 25 faizi isə karyera planlarını düşünür.

 Moskva və Sankt-Peterburq xaricindəki böyük şəhərlərdə yaşayanların  23 faizi  dünyaya gələcək uşağın təhlükəsizliyinin əhəmiyyətli bir faktor olduğunu deyir.

"Yaxın gələcəkdə uşaq sahibi olmağı planlaşdırırsınız?" sualına  sorğu iştirakçılarının 16 faizi suala müsbət cavab verərkən, 7 faizi bir il ərzində uşaq sahibi olmağı düşündüyünü bildirib.

Uşaq sahibi olmaq istəyənlərin əksəriyyəti 20-37 yaş qrupundadır.  Bu məsələyə ən az həvəslə yanaşanlar isə 38-58 yaş qrupunda olanlardır.

Nigar Hacılı 
"Cebhe.info"