Müharibədə ən gərgin döyüşlər bu istiqamətlərdədir

Müharibədə ən gərgin döyüşlər bu istiqamətlərdədir

Ukraynakı müharibə zonasında ən çətin ərazilər açıqlanıb.  

Bunlar Volçansk, Liptsı, Çasov Yar, həmçinin Zaporojye Atom Elektrik Stansiyasının (ZNPP) ərazisidir. 

“Cebhe.info” xəbər verir ki, bunu “Lenta.ru” ilə söhbətində hərbi ekspert, ehtiyatda olan polkovnik Anatoli Matviyçuk deyib:

"Bu bölgələr davamlı atəş altındadır, Ukrayna tərəf nüvə dağılması yaratmağa çalışır. Volçanskda hərbçilərimiz şəhərdə döyüşür”.

Onun sözlərinə görə, Ukrayna Rusiya ordusunun irəliləyişini dayandırmaq üçün Volçanska böyük ehtiyatlar aparıb.

“Onlar dayanıblar və bu ehtiyatları məhv etməyə çalışırlar. Demək olar ki, eyni şey Liptsıda da olur. Çasov Yarda bizimkilər hücuma keçib, əslində şəhərin yarısı rus hərbçilərinin nəzarəti altındadır”, - deyə Matviyçuk bildirib.

Xəzər
“Cebhe.info”