Azərbaycandan Ermənistana YENİ TƏLƏB

Azərbaycandan Ermənistana YENİ TƏLƏB

Ermənistanın Azərbaycandan aldığı sülh sazişinin 10-cu paketində rəsmi Bakı İrəvandan müxtəlif beynəlxalq məhkəmələrdə bu ölkəyə qarşı bütün iddialarından əl çəkməyi tələb edir. 

“Cebhe.info” xəbər verir ki, bunu “Hraparak” qəzeti “Müqəddəs mübarizə” “Telegram” kanalına istinadən yazıb. 

Mənbənin sözlərinə görə, Paşinyan hökuməti bu tələblərini yerinə yetirməyə hazırdır:

“Bu da Ermənistanın beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəsi Yeqişe Kirakosyanı qəzəbləndirib. O israr edir ki, hazırladığı iddialardan əl çəkməyəcək və məzuniyyətdən qayıtmadan istefaya gedəcək. Kirakosyanın ofisi, əlbəttə ki, bu məlumatı təkzib edib, bildirib ki, belə bir şey yoxdur, amma Krikosyan məzuniyyətdədir”.

Kanalın əldə etdiyi məlumata görə, Azərbaycan bu tələbləri ötən ilin sonunda təqdim edib. Hətta orada sülh sazişinin hazırlanmasında iştirak edən rəsmilərin, o cümlədən o vaxt xüsusi tapşırıqlar üzrə səfir olmuş Yeqişe Kirakosyan, Edmon Marukyanın iştirak etdiyi dar müzakirə də aparılıb:

“Daha sonra Paşinyan qısaca deyib ki, tələb hələ rəsmi şəkildə təqdim olunmayıb, lakin bunun olması istisna deyil. Məhz o zaman Kirakosyan qəzəblənib və istefa verəcəyini bəyan edib. Onlar onu əmin ediblər ki, Azərbaycan bu tələbindən imtina edə bilər. Halbuki bir neçə gün əvvəl göndərilən 10-cu paketdə tələb artıq yazılı şəkildə qoyulub”. 

Xəzər
“Cebhe.info”