Türkiyə yığmasının məşqindən maraqlı görüntülər - VİDEO

Türkiyə yığmasının məşqindən maraqlı görüntülər - VİDEO

Türkiyə yığması AÇ-2024-ün 1/8 final mərhələsində Avstriyaya qarşı keçirəcəyi matç üçün hazırlıqları davam etdirir.

“Cebhe.info” xəbər verir ki, “ay ulduzlular”ın Hannover şəhərindəki Barsinqhausen qəsəbəsində yerləşən düşərgəsində maraqlı anlar yaşanıb.

İkitərəfli matç keçirən komandanın üzvlərinin bir-biri ilə çox səmimi görüntüləri diqqət çəkib. Türkiyə yığmasında ab-havanın yüksək olması azarkeşlər tərəfindən müsbət qarşılanıb.

Qeyd edək ki, Türkiyə yığması 1/8 final mərhələsi matçını bu gün Avstriyaya qarşı keçirəcək. Qarşılaşmanın start fiti saat 23:00-da veriləcək.

“Cebhe.info”