AVRO-2024-də qol gözləntisinə görə ən pis futbolçular bəlli olub
![AVRO-2024-də qol gözləntisinə görə ən pis futbolçular bəlli olub](/uploads/images/2024/07/720x400/17199192775564527256683e2ad206b9.jpg)
Almaniyada təşkil olunan Avropa çempionatında gözlənilən qol sayına görə ən pis oyunçular açıqlanıb.
"Report" xəbər verir ki, siyahını "Who Scored" tərtib edib.
Portuqaliyalı Kriştianu Ronaldu (- 2.9) birinci pillədə qərarlaşıb.
Belçika yığmasından Romelu Lukaku (- 2.3) ikinci, alman Kay Haverts (- 2) üçüncü olub.
Qeyd edək ki, AVRO-2024 iyulun 14-də başa çatacaq.
"Cebhe.info"