Çeçenistanda 23 vəzifədən 9-da Kadırovun qohumlarıdır

Çeçenistanda 23 vəzifədən 9-da Kadırovun qohumlarıdır

Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov qardaşı oğlu Həmzəti Çeçenistan Təhlükəsizlik Şurasının katibi təyin edib.

“Görüş zamanı mən Çeçenistan Respublikasının Şalinski rayonunun administrasiyasının rəhbərliyində kadr dəyişikliyi ilə bağlı təkliflər verdim. 

Rayonun yeni başçısı mənim əziz qardaşım Turpal-Əli İbrahimov olacaq. Hörmətli bacısı oğlu Xamzat Kadırov Çeçenistan Respublikasının Təhlükəsizlik Şurasının katibi vəzifəsinə təyin edilib. Onların hər ikisi rəhbər vəzifələrdə böyük təcrübəyə malikdir və onlara tapşırılan vəzifələrin öhdəsindən gələcəklər”,- Kadırov “Telegram” kanalında yazıb.

Həmzət Kadırov Çeçenistan rəhbəri Zəlimxanın qardaşının oğludur. Həmzət Kadırov ilk təyinatını 21 yaşında alıb, sonra Kurçaloyevski bələdiyyə dairəsi administrasiyası rəhbərinin birinci müavini, həmin il isə bu rayonun administrasiyasının rəhbəri olub. 2023-cü ildə Çeçenistan hökuməti sədrinin müavini - əmlak və torpaq münasibətləri naziri vəzifəsini aldı.

Mayın əvvəlində Kadırov daha bir qardaşı oğlu Adam Çerxiqovu respublikanın nəqliyyat, rabitə və rəqəmsal inkişaf naziri vəzifəsinə təyin edib.

Agentliyin hesablamalarına görə, ümumilikdə Çeçenistan hökumətindəki 23 vəzifədən 9-u Kadırovun qohumlarıdır.

Xəzər
“Cebhe.info”