"Fənərbaxça" Türkiyə millisinin üzvünü transfer etdi

"Fənərbaxça" Türkiyə millisinin üzvünü transfer etdi

"Fənərbaxça" rəhbərliyi ötən mövsüm "Atletiko"dan icarəyə götürülən Çağlar Söyüncü ilə bağlı qərar verib.

İstanbul təmsilçisi türk müdafiəçinin transfer hüququna yiyələnib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Super Liqa nəhəngi 28 yaşlı mərkəz müdafiəçisi üçün İspaniya klubuna 8,5 milyon avro təzminat ödəyib. Təcrübəli oyunçu klubla 3+1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Çağlar Söyüncü ötən mövsümün ikinci yarısını "Fənərbaxça"da keçirib. Türkiyə millisinin üzvü komandanın heyətində meydana çıxdığı 16 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

"Cebhe.info"