Türkiyədəki etirazlarda 474 nəfər saxlanılıb

Türkiyədəki etirazlarda 474 nəfər saxlanılıb

Dünən Türkiyənin bəzi şəhərlərində suriyalılara qarşı keçirilən etirazlarla bağlı 474 nəfər saxlanılıb. 

“Cebhe.info” xəbər verir ki, bu barədə məlumatı Türkiyənin daxili işlər naziri Ali Yerlikaya öz sosial şəbəkə hesablarında açıqlayıb.

Saxlanılanlar arasında 285 nəfərin oğurluq, təcavüz, miqrant qaçaqçılığı, fırıldaqçılıq kimi cinayət əməllərində adlarının hallandığı məlum olub. 

Xatırladaq ki, bir neçə gün əvvəl Türkiyənin Kayseri şəhərində suriyalı bir şəxsin azyaşlı qıza təcavüz etməsi ilə bağlı yayılan məlumatlardan sonra ölkənin bir sıra şəhərlərində suriyalılara qarşı etirazlar baş qaldırıb.

“Cebhe.info”