Gələn il üçün iqtisadi artım proqnozu açıqlanıb

Gələn il üçün iqtisadi artım proqnozu açıqlanıb

Gələn il qlobal iqtisadi artım proqnozu 3.2 faiz olacaq.

“Cebhe.info” xəbər verir ki, bu haqda Beynəlxalq Valyuta Fondunun (BVF) yarımillik hesabatında məlumat yer alıb.

Qeyd edək ki, BVF bu il üçün də iqtisadi artım proqnozunu 0.1 faiz bəndi artıraraq 3.2 faizə çatdırıb.

Xatırladaq ki, 2023-cü ilin “Qlobal İqtisadi İcmal” adlı hesabatda BVF 2024-cü il üçün iqtisadi artım proqnozunu 3.1 faiz olaraq açıqlamışdı.

Vilayət Muxtar
“Cebhe.info”