MSK sədri seçici siyahılarının dəqiqləşməsi ilə bağlı tapşırıq verib

MSK sədri seçici siyahılarının dəqiqləşməsi ilə bağlı tapşırıq verib

Seçici siyahılarının dəqiqləşməsi ilə bağlı işlər yekunlaşmalıdır.

“Cebhe.info” xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında danışıb.

O qeyd edib ki, MSK seçici siyahılarının dəqiqləşdirilməsini mütəmadi aparsa da, seçkiyə 25 gün qalmışa qədər bu, başa çatdırılmalıdır.

“Cebhe.info”