Şimali Kipr universitetlərinin diplomları Azərbaycanda tanınır? - RƏSMİ

Şimali Kipr universitetlərinin diplomları Azərbaycanda tanınır? - RƏSMİ

Xaricdə təhsilə son illər maraq daha da artıb və xaricdə təhsil alan tələbələrin sayı çoxalıb.

Lakin bu, o demək deyil ki, xaricdəki istəniıən universitetin diplomu ölkəmizdə tanınır. 

Ölkəmizdə diplomların tanınması üçün müəyyən şərt və tələblər qoyulub. 

Bu nəzarət mexanizmi isə Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən tənzimlənir. Onu qeyd edək ki, son illər Şimali Kiprdə təhsil alan tələbələrimizin də sayında artım nəzərə çarpır. 

Bəs müstəqil dövlət kimi tanınmayan Şimali Kipr Türk Respublikasının diplomları ölkəmizdə tanınırmı? 

Sorğumuza Təhsildə Keyfiyyət Təminatı Agentliyindən "Cebhe.info"-ya bildirilib ki, bu və öncəki illərdə də həmin universitetlərdə təhsil alan və agentlik tərəfindən qoyulan şərtlərə cavab verən diplomlar tanınıb. 

Bəs hansı şərtlərdə diplom tanınmır? 

1. Əgər tələbə ali təhsil müəsisəsində tələb olunan müddətdən az vaxt keçirdikdə; 
2. Təhsilin məzmunu mənimsəmək üçün tələb olunan minimal dil biliklərinin olmadıqda; 
3. Qiyabi ixtisas. Azərbaycanda yalnız əyani formada tədris olunduqda diplom tanınmır. 

Bəs bu il ölkəmizdə hansı universitetlərin diplomu tanınmayıb? 

1. Dağıstan Dövlət Universiteti 
2. Cənubi Rusiya Humanitar İnstitutu 
3. Sankt Peterburq Xarici İqtisadi Əlaqələr və Hüquq İnstitutu 
4. Rusiya Dövlət Sosial Universiteti 
5. Moskva Dövlət Açıq Universiteti 
6. Regionlararası Heyətin İdarəolunması Akademiyası 
7. Müasir Humanitar Akademiya 
8. "YUJDAQ" İnstitutu 
9. Dnepropetrovsk Milli Universiteti 
10.Hüquq və İdarəetmə Akademiyası (İnstitut) 
11. Anadolu Universiteti. 

Naibə 
"Cebhe.info"