Universitetə bıçaqla hücum - 1 yaralı

Universitetə bıçaqla hücum - 1 yaralı

Avstraliyada bir universitetdə bıçaqlı hücum nəticəsində 1 nəfərin yaralandığı, 14 yaşlı bir uşağın isə saxlanıldığı bildirilib.

"Cebhe.info" xəbər verir ki, Avstraliyanın Yeni Cənubi Uels əyalətindəki Sidney Universitetində səhər saatlarında bıçaqlı hücum olub.

Əyalət polisindən verilən açıqlamada hadisə nəticəsində ağır yaralanan 22 yaşlı gəncin xəstəxanaya aparıldığı və vəziyyətinin stabil olduğu bildirilib.

Açıqlamada hadisənin baş verdiyi Kamperdaun kampusunun bağlandığı və polisin araşdırmasının davam etdiyi bildirilib.

Terrorla Mübarizə üzrə Komissarın müavini Mark Uolton, hadisədən sonra avtobusa minən 14 yaşlı bir uşağın xəstəxana yaxınlığında saxlandığını açıqlayıb.

Hücuma məruz qalan şəxslə saxlanılan şəxsin bir-birini tanımadıqları bildirilib.

Nigar Hacılı 
"Cebhe.info"