Narkomanlar arasında dava:19 nəfər ölüb

Narkomanlar arasında dava:19 nəfər ölüb

 Meksikanın cənubunda narkotik qrupları arasında baş verən qarşıdurmada 19 nəfər ölüb.

"Cebhe.info" xəbər verir ki, Qvatemala ilə sərhəddə yerləşən Çiapas əyalətinin La Konkordiya qəsəbəsində ağır silahları olan iki dəstə arasında qarşıdurma baş verib.

Hadisədə tərəflərdən 19 nəfər həyatını itirib.  Ölənlərdən 4-nün Qvatemalalı olduğu üzə çıxıb.

Dövlət Katibliyindən verilən açıqlamaya görə, münaqişənin Sinaloa karteli ilə Çiapas karteli arasında baş verdiyi və mübahisənin sərhəd bölgələrindəki narkotik marşrutundan qaynaqlandığı təxmin edilir.

 Hadisə yerinə çox sayda polis qrupu sövq edilib.

Nigar Hacılı 
"Cebhe.info"