Sərhəd yaxınlığında ilk təlim

Sərhəd yaxınlığında ilk  təlim

Cənubi Koreya 6 ildə ilk dəfə olaraq Şimali Koreya sərhədi yaxınlığındakı atış poliqonunda həqiqi sursatla təlim keçirib.

"Cebhe.info" xəbər verir ki, Cənubi Koreya ordusundan verilən açıqlamada təlimin iki Koreyanı birləşdirən hərbsizləşdirilmiş zonaya yaxın Gyeonggi və Qangvon bölgələrindəki cəbhə xəttində keçirildiyi bildirilib.

 6 ildən sonra ilk dəfə keçirilən həqiqi sursat təlimində 140 güllənin atıldığı vurğulanıb.

 Açıqlamada bu təlimin hökumətin 2018-ci ildə imzalanmış hərbi gərginliyi azaltmaq məqsədi daşıyan Koreyalararası Müqaviləni dayandırmasından sonra quruda keçirilən ilk təlim olduğu və ordunun bundan sonra mütəmadi olaraq sərhəd bölgəsində təlimlər keçirəcəyi bildirilib. 

Xatırladaq ki, İyunun 26-da Cənubi Koreya Hərbi Dəniz Qüvvələrinin dəniz piyadaları da son 7 ildə ilk dəfə Şimali Koreya sərhədi yaxınlığındakı adalarda real döyüş sursatı ilə təlim keçirmişdi.

Nigar Hacılı 
"Cebhe.info"