Evin tək övladına, yaxud tək ananın oğluna hərbi xidmətdə GÜZƏŞT?

Evin tək övladına, yaxud tək ananın oğluna hərbi xidmətdə GÜZƏŞT?

Azərbaycanda çağırışçıların müddətli həqiqi hərbi xidmətə yola salınmasına başlanılıb.

Bununla bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məlumat yayıb. Proses iyulun 30-da bitəcək. 

Evin tək övladına, yaxud tək ananın oğluna hərbi xidmətlə bağlı gələcəkdə güzəşt edilib-edilməməsi məsələsi aktualdır. 

Məsələ ilə bağlı Milli Məclisin deputatı Vüqar İskəndərov "Cebhe.info"-ya açıqlamasında bildirib ki, gənclərin ordu sıralarına qəbulu qanunla tənzimlənir: 

"Ordunun peşəkar hissəsinin artırılması ilə bağlı çıxışlarımız olur. Hərbçilərin rifah səviyyəsinin yaxşılaşdırılması üçün atılacaq addımların sürətləndirilməsi haqqında fikirlərimizi səsləndirmişik. Bu fikirlərdən biri də evin tək övladına, yaxud tək ananın övladına hərbi xidmətlə bağlı güzəşt edilməsi olub. İndiki situasiyada Ermənistanla sülh müqaviləsinin imzalanmaması, dünyada baş verən müharibələr fonunda yaxın zamanda bu məsələyə baxılmasa da, aktual mövzudur”. 

Deputat bildirib ki, dövlət də belə məsələlərə çox həssaslıqla yanaşır:

“Düşünürük ki, zamanı gələndə bu sahədə də güzəştlərin tətbiq olunması və qanunların qəbul edilməsi təmin ediləcək". 

Ləman İsmayıl 
"Cebhe.info"