Ermənistanda hava limanına bomba qoyulub? - YENİLƏNİB

Ermənistanda hava limanına bomba qoyulub? - YENİLƏNİB

Şirak hava limanına bomba qoyulması ilə bağlı məlumat yalan çıxıb.

Bu barədə Ermənistanın Daxili İşlər Nazirliyinin məlumatında deyilir.

“Bomba barədə məlumat verən vətəndaşın şəxsiyyətinin müəyyən edilməsi istiqamətində tədbirlər görülür”, - məlumatda vurğulanıb.

***

10:14

Ermənistan polisinə Gümrü şəhərində yerləşən Şirak hava limanına bomba qoyulması barədə məlumat daxil olub.

Bu barədə Ermənistan Daxili İşlər Nazirliyi xəbər yayıb.

Qeyd edilib ki, hava limanının əməkdaşları təxliyə edilib, ərazidə istehkamçılar və polis işləyir, ərazi mühasirəyə alınıb.

“Cebhe.info”