Bakıda baş verən zəncirvari qəza ilə bağlı rəsmi açıqlama

Bakıda baş verən zəncirvari qəza ilə bağlı rəsmi açıqlama

Ötən gün Bakıda aeroport yolunda baş verən ağır yol-nəqliyyat hadisəsində xəsarət alan şəxs xəstəxanaya hospitalizasiya olunub.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib.

Verilən məlumata görə, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 01.07.2024-cü il saat 23:26-da Aeroport yolunda, "Neftçi" futbol klubunun bazası yaxınlığında yol-nəqliyyat hadisəsi baş verməsi ilə bağlı çağırış daxil olub:

"Dərhal hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub. 34 yaşlı şəxs (kişi cinsli) sağ dirsəyin əzilmiş yarası diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub".

Xatırladaq ki, ötən gün aeroport yolunda dəhşətli yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə altı avtomobil toqquşub. Avtomobillərə ciddi ziyan dəyib. Yolda isə uzun tıxac yaranıb.

Həmin görüntüləri təqdim edirik:

https://t.me/xeberleroxu/86838

“Cebhe.info”