Terror təşkilatına qarşı əməliyyat: 11 nəfər saxlanılıb

Terror təşkilatına qarşı əməliyyat: 11 nəfər saxlanılıb

 İzmirdə terror təşkilatı İŞİD-ə qarşı keçirilən əməliyyatda 11 şübhəli saxlanılıb.

"Cebhe.info" xəbər verir ki, İzmir Respublika Prokurorluğunun Terror Cinayətləri İstintaq Bürosu tərəfindən İŞİD-ə qarşı aparılan araşdırmalar çərçivəsində Menemendə təşkilati fəaliyyətdə olduğu təsbit edilən 11 nəfər barəsində həbs qətimkan tədbiri seçilib.

Göstərilən ünvanlardakı əməliyyat zamanı ələ keçirilən şübhəlilərin iqamətgahlarında aparılan axtarışlar zamanı silahlar, təşkilati nəşrlər və çoxlu sayda rəqəmsal materiallar ələ keçirilib.

Digər tərəfdən, saxlanılan 11 nəfərin 18 may 2024-cü ildə İzmirdə İŞİD-ə qarşı keçirilən əməliyyatda həbs edilən 20 şübhəli ilə əlaqəsi olduğu müəyyən edilib.

Nigar Hacılı 
"Cebhe.info"