Qəzzada 8 mindən çox şagird həlak olub

Qəzzada 8 mindən çox şagird həlak olub

Qəzza zolağında müharibə başlayandan bəri 8 572, işğal altındakı İordan çayının qərb sahilində isə 100 fələstinli şagird həyatını itirib.

"Cebhe.info" xəbər verir ki, bu barədə Fələstin Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, oktyabrın 7-dən bu yana Qəzzada 8 min 572-dən çox şagird həlak olub, 14 min 89 şagird isə yaralanıb.

Məlumatda işğal altındakı İordan çayının qərb sahilində 100 fələstinli tələbənin öldüyü, 494 tələbənin yaralandığı, 349 tələbənin nəzarətə alındığı, eləcə də Qəzza və İordan çayının qərb sahilində 497 müəllim və idarəçinin öldüyü, 3 402 müəllim və idarəçinin isə yaralandığı bildirilib.

Nigar Hacılı 
"Cebhe.info"