Nəvəsinə baxan nənə və babaya pul veriləcək

Nəvəsinə baxan nənə və babaya pul veriləcək

İsveçdə nənə və babalara birinci ilində üç aya qədər nəvələrinə qulluq etmək üçün ödənişli məzuniyyət verilcək.

Yeni qanun bazar ertəsi günü qüvvəyə minib.

“Cebhe.info” xəbər verir ki, bu, Skandinaviya ölkəsinin dünyada təkcə analar üçün deyil, atalar üçün də ödənişli valideyn məzuniyyəti tətbiq etməsindən 50 il sonra baş verib.

Qanuna görə, valideynlər uşağa baxım müavinətlərinin bir hissəsini uşağın nənə və babasına keçirə bilər.

Sosial sığorta sistemini idarə edən dövlət orqanı olan Sosial Sığorta Agentliyindən verilən məlumata görə, valideynlərə maksimum 45 gün, tək ataya isə 90 gün ödənişli məzuniyyət verilə bilər.

İsveçdə dövlət müavinətləri hər bir uşaq üçün 480 gün, yəni təxminən 16 ay ödənilir. Bunun 390 gününün təzminatı şəxsin tam gəlirinə əsasən hesablanır, qalan 90 gün üçün isə insanlar hər gün 180 kron (17 dollar) sabit məbləğ alırlar.

İsveçdə valideynlər üçün başqa imtiyazlar da var. Onlar uşaq 8 yaşına qədər, dövlət qulluqçuları isə uşaq 12 yaşı tamam olana qədər qısa saatlarda işləyə bilərlər.

Xəzər
“Cebhe.info”