İranda qum fırtınası nəticəsində 620 nəfər xəsarət alıb

İranda qum fırtınası nəticəsində 620 nəfər xəsarət alıb

İranın cənub-şərqindəki Sistan-Bəlucistan əyalətində qum fırtınasından zərər çəkən yüzlərlə insan xəstəxanaya yerləşdirilib.

"Cebhe.info" bu barədə İSNA-ya istinadən xəbər verir.

Zabul Sağlamlıq Elmləri Universitetinin xəstəxanadan əvvəl təcili yardım və hadisələrin idarə edilməsi şöbəsinin müdiri Məhəmməd Xəlili bildirib ki, Sistan bölgəsində şiddətli fırtına və tozdan zərər çəkən və yaralanan 620 nəfər müxtəlif xəstəxanalara müraciət edib:

“Onlardan 25-i stasionar müalicə alıb. Qum fırtınası səbəbindən görmə qabiliyyətinin azalması nəticəsində baş verən yol qəzalarında isə 16 nəfər xəsarət alıb”.

Nigar Hacılı 
"Cebhe.info