Varlıların xərçəngə tutulma riski daha yüksəkdir - ARAŞDIRMA

Varlıların xərçəngə tutulma riski daha yüksəkdir - ARAŞDIRMA

Son araşdırmalara əsasən varlı insanların genetik olaraq aşağı gəlirli insanlardan daha çox xərçəng riski var.

"Cebhe.info" xəbər verir ki, Helsinki Universiteti tərəfindən genetik faktorların xərçəng riskini necə dəyişdirdiyi araşdırılıb.

Bu araşdırma mühüm amil olan sosial-iqtisadi vəziyyətin genetik risklə necə qarşılıqlı əlaqədə olduğuna dair yeni fikirlər təqdim edir.

Tədqiqat müxtəlif gəlir qruplarında olan insanların genetik məlumatlarının müqayisəsi əsasında aparılıb. Nəticələr varlı şəxslərin müəyyən xərçəng növlərinə tutulma riskinin daha yüksək olduğunu göstərib.

Lakin araşdırma rəhbəri professor Ceyn Done bildirib ki,onların sağlam həyat tərzi bu riskin azaldılmasında mühüm rol oynayır:

“Bu tədqiqat genetik risklərin idarə olunmasında sosial-iqtisadi vəziyyətin nə qədər vacib olduğunu göstərir. Ümid edirik ki, aşağı gəlirli fərdlərin səhiyyə xidmətlərinə çıxış imkanlarını artırmaqla bu riskləri idarə etmək şansı daha yüksək ola bilər".

Tədqiqat nəticələri vurğulayır ki, xərçəng tarama proqramları və sağlamlıq siyasətləri sosial-iqtisadi amilləri nəzərə almalıdır. 

Professor Ceyn Done və onun komandası ümid edir ki, bu tapıntılar sağlamlıq fərqlərini azaltmağa kömək edəcək.

Nigar Hacılı 
"Cebhe.info"