İrandan xəbərdarlıq: “Müharibə başlasa...”

İrandan xəbərdarlıq: “Müharibə başlasa...”

İran dövləti növbəti dəfə “Hizbullah”a dəstək verib.

“Cebhe.info” xəbər verir ki, İran İslam Respublikası Xarici Əlaqələr üzrə Strateji Şuranın sədri Seyid Kamal Xərrazi “Hizbullah”la bağlı diqqətçəkən fikirlər səsləndirib.

O, “Financial Times” nəşrinə müsahibəsində Livan “Hizbullah”ı ilə İsrail arasında müharibənin mümkünlüyü barədə danışıb.

Xərrazi bu halda “Hizbullah”a dəstək olacaqlarını açıqlayıb:

“Livan “Hizbullah”ı ilə İsrail arasında genişmiqyaslı müharibə olacağı təqdirdə, İran kimi ölkələrin iştirakı ilə müharibənin miqyasının bütün bölgəyə genişlənməsi ehtimalı var. Əgər İsrail Livana qarşı müharibəyə başlasa, İranın “Hizbullah”ı hərtərəfli və bütün mümkün vasitələrlə dəstəkləməkdən başqa çarəsi olmayacaq”.

Elmir
“Cebhe.info”