Türkiyədə meşə yanır: Təxribat olduğu ehtimal edilir

Türkiyədə meşə yanır: Təxribat olduğu ehtimal edilir

Türkiyənin Muğla şəhərində meşə yanır.

Bu barədə “Haber Global” məlumat yayıb.

Qeyd olunub ki, yanğının söndürülməsi üçün havadan və qurudan müdaxilə edilir.

Məlumata görə, bundan iki saat əvvəl meşənin yaxınlığındakı başqa bir ərazidə də yanğın olub.

İki hadisə arasında əlaqənin olması və mümkün təxribat ehtimalları araşdırılır.

“Cebhe.info”