Nazirlik Su-25-in qəzasını təsdiqlədi

Nazirlik Su-25-in qəzasını təsdiqlədi

Gürcüstanda planlaşdırılmış hərbi təlim zamanı Su-25 təyyarəsinin qəzaya uğraması nəticəsində pilot Kaxaber Zurabaşvili həlak olub. 

“Cebhe.info” xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb.

Onun sözlərinə görə, hadisənin səbəblərini müəyyən etmək üçün ətraflı araşdırma aparılacaq. Müdafiə Nazirliyi mərhumun ailəsinə və yaxınlarına başsağlığı verib.

İlkin olaraq “İnfo Rustavi” portalı Kvemo Kartli bölgəsinin Bolnisi bələdiyyəsində hərbi helikopterin qəzaya uğraması, həmçinin insident nəticəsində pilotun həlak olması barədə məlumat yayıb. Gürcüstan Müdafiə Nazirliyi Su-25 ilə qəzanın harada baş verdiyini dəqiqləşdirməyib, lakin ehtimal ki, söhbət eyni insidentdən gedir.

Xəzər
“Cebhe.info”