Vadim Vasilyevin müalicəsi davam edir

Vadim Vasilyevin müalicəsi davam edir

Azərbaycan millisinin sabiq futbolçusu Vadim Vasilyevin səhhəti ilə bağlı müalicəsi davam edir.

Bir müddət əvvəl insult keçirən keçmiş futbolçu “Report”a açıqlamasında həkimlərin fizioterapiyanı dayandırmamağı məsləhət gördüklərini bildirib.

V.Vasilyev səhhətində az da olsa irəliləyiş hiss etsə də, iş təklifi almayıb: “İş versələr, yaxşı olar. Lakin hər hansı təklif gəlməyib”.

Qeyd edək ki, Vadim Vasilyev 1999-2003-cü illərdə Azərbaycan yığmasında çıxış edib və 33 oyunda 2 qol vurub.

“Cebhe.info”