"Amnistiya" olsa da, bu evlərə “kupça” verilməyəcək

"Amnistiya" olsa da, bu evlərə “kupça” verilməyəcək

Azərbaycanda böyük "əmlak amnistiyası" gözlənilir.

Bununla bağlı yeni elektron portal hazırlanır və sistemin 2024-cü ilin sonuna qədər vətəndaşların istifadəsinə verilməsi nəzərdə tutulub. 

Nəzərə alsaq ki, ölkəmizdə təxminən 500 mindən çox sənədsiz evlər var o zaman 500 min evin sənədləşdirilməsi mümkündür? 

Məsələ ilə bağlı əmlak eksperti Elnur Fərzəliyev “Cebhe.info”-ya açıqlamasında deyib ki, ölkəmizdə 100 minlərlə çıxarış ala bilməyən fərdi yaşayış evləri və torpaq sahələri var: 

“Onların da böyük hissəsi paytaxt Bakı və Abşeronun ərazisində yerləşir. Bu əmlaklara çıxarışların verilməməsinin müxtəlif səbəbləri var. Bir zamanlar təxminən 90-lara qədər kolxozlar tərəfindən vətəndaşlara torpaq sahələri verilirdi. Daha sonra rayon icra hakimiyyətləri tərəfindən, ardınca 2000-ci ildən başlayaraq 2007 ci ilə qədər bələdiyyələr tərəfindən vətəndaşlara yaşayış üçün torpaq sahələri verilirdi. O torpaq sahələrinində heç birinin rəsmi sənədi yoxdur.

Sənədləşdirmə prosesi çox zaman məhkəmə qərarı ilə həyata keçirilib. O evlərdə barmaqla sayılacaq qədər azdır”. Ekspert bildirib ki, əmlak amnistiyası ilin sonuna qədər planlaşdırılır: 

“Əmlak amnistiyasının tədbiq edilməsindən sonra vətəndaşların mülkiyyət hüququnun tanınması ilə bərabər həmdə dövlət büdcəsinə küllü miqdarda gəlirlərin gəlməsidir.

Hər bir əmlakın sığortalanması, alqı-satqı, bağışlanma və digər notarial əməliyyatların icra olunması qeyri-neft sektorundan gələn gəlirin və inkişafına zəmin yaradacaq”. 

O vurğulayıb ki, çıxarışı olmayan əmlakların bır sıra problemləri var: 

“Çıxarışı olmayan əmlaklar sığorta və ipoteka predmetinə çevrilə bilmir. Notarial qayda da alqı-satqı və digər sənədləşdirmədə istifadə olunmurlar. O baxımdan, vətəndaşların əmlaklarının çıxarışla təmin olunmasına böyük zərurət yaranıb”. 

Ekspert qeyd edib ki, bəzi evlərə çıxarış vermək qeyri- mümkündür: 

“Bir sıra torpaq sahələri və yaşayış massivləri var ki, o sahələrə çıxarışların verilməsi qeyri-mümkündür. Yüksək gərginlikli elektrik enerjinin yanında, aktiv neft buruqlarının yanında olan evlər və digər qadağan olunmuş sahələrdəki evlərin sənədləşdirilməsi qeyri-mümkün görünür”. 

O əlavə edib ki, bir çox həyət evlərinin tikildiyi torpaqlar kənd təsərrüfatı təyinatlıdır: 

“O sənədi olan evlərin təyinatı tikinti üçün icazə vermir. Yalnız kənd təsərrüfatı məqsədlərdə istifadə oluna bilər. Lakin həmən ərazilərdə nəinki evlər tikilib, hətta qəsəbələr salınıb və hər biri də çıxarışsızdır. O evlərin sənədləşdirilməsi üçün həmin torpağın təyinatı dəyişdirilməlidir. Təyinat dəyişdirildikdən sonra o evlər sənədləşdirilə bilər”. 

Həsən Məmmədov 
“Cebhe.info”