Fransada Makronun rəhbərlik etdiyi koalisiya uduzur

Fransada Makronun rəhbərlik etdiyi koalisiya uduzur

Fransada növbədənkənar parlament seçkilərinin birinci turunda sağçı "Milli Birlik" partiyası liderlik edir.

APA xəbər verir ki, bu barədə “BFM TV” telekanalı məlumat yayıb.

Beləliklə, “Milli Birlik” partiyası 33% səslə liderdir. Solçu “Yeni Xalq Cəbhəsi” alyansı 28,5% səslə ikinci sırada qərarlaşıb.

Prezident Emmanuel Makronun rəhbərlik etdiyi “Respublika naminə birlik” koalisiyası isə 22% səslə üçüncüdür.

"Cebhe.info"