İraq və Suriyanın şimalında 7 terrorçu məhv edildi
![İraq və Suriyanın şimalında 7 terrorçu məhv edildi](/uploads/images/2024/06/720x400/1719751441138237522366815311c12b2.jpg)
Suriyanın şimalında Fərat Qalxanı və Sülh çeşməsi bölgələrində və İraqın şimalında Pençe-Kilit əməliyyatı bölgəsində 7 terrorçu zərərsizləşdirilib.
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin sosial media hesabından edilən açıqlamada belə bildirilir:
"Türk əsgərləri qəhrəmancasına və fədakarcasına döyüşməyə davam edir. Qəhrəman Türk Silahlı Qüvvələrimiz, Suriyanın şimalında Fərat Qalxanı və “Sülh bulağı” bölgələrində müəyyən etdiyi 3 PKK/YPG terrorçusunu, “Pəncəli kilid” əməliyyatı bölgəsində isə 4 PKK terrorçusunu zərərsizləşdirib”.
"Cebhe.info"