Goranboyda bu il 4,4 ton barama istehsalı gözlənilir

Goranboyda bu il 4,4 ton barama istehsalı gözlənilir

Goranboy rayonunda "Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı” uğurla icra olunur.

"Report"un Qərb bürosunun məlumatına görə, cari ildə rayonda kümçülərə paylanmış 110 qutu ipəkqurdu toxumundan - 4,2 ton məhsul qəbul məntəqəsinə təhvil verilib və hazırda tədarük davam etdirilir.

Ümumilikdə, cari məhsul ilində 4,4 ton barama istehsalı gözlənilir.

"Cebhe.info"