Gəncədə avtomobil 2 yeniyetməni vurub - YENİLƏNİB

Gəncədə avtomobil 2 yeniyetməni vurub - YENİLƏNİB

Gəncədə avtomobilin vurduğu yeniyetmənin biri xəstəxanada ölüb.

APA-nın yerli bürosunun məlumatına görə, həkimlərin tibbi müdaxiləsinə baxmayaraq 2011-ci il təvəllüdlü Ə.M dünyasını dəyişib.

***

19:39

Gəncədə piyadaların vurulması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Avtozavod qəsəbəsində qeydə alınıb.

Hərəkətdə olan NİVA markalı minik avtomobili yolu qarşı tərəfə keçmək istəyən 2011-ci il təvəllüdlü Ə.M.- ni və 2009-cu il təvəllüdlü İ.M.- nı vurub. Piyadalar xəstəxanaya yerləşdirilib, onlardan Ə.M-nin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

"Cebhe.info"