Həmin qadağa avtomobillərin qiymətini ucuzlaşdıracaq? - VİDEO

Həmin qadağa avtomobillərin qiymətini ucuzlaşdıracaq? - VİDEO

Sabahdan etibarən Azərbaycanda taksilər yeni qaydalarla fəaliyyət göstərməlidirlər.

Belə ki, dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi minik avtomobilləri ilə sərnişin daşımalarında istifadə oluna bilməz.

"Cebhe.info" Xezerxeber.az-a istinadən məlumatına görə, avtomobil məsələləri üzrə ekspert Sərxan Qədirov deyir ki, taksi fəaliyyəti ilə bağlı qadağalar qüvvəyə minəndən sonra alıcı aktivliyi müşahidə olunacaq.

Onun sözlərinə görə, avtomobil almaq istəyən şəxslər nəqliyyat vasitələrinin daha da ucuzlaşacağını düşünürlər.

Ekspert bildirir ki, bazara satışa çıxarılacaq taksi xidməti üçün gündəlik istifadədə olan avtomobillər nisbətən ucuz qiymətə təklif oluna bilər.

Sərxan Qədirov deyir ki, qadağadan sonra taksi fəaliyyətini davam etdirmək üçün yeni avtomobil almaq istəyənlərin də sayında artım müşahidə olunacaq. Bu da qiymətlərə təsirsiz ötüşməyəcək.

Ekspert əlavə edib ki, iyulun 1-dən sonra köhnə avtomobillərin qiymətlərində kəskin uculaşma proqnozlaşdırılmır.

Daha ətraflı videomaterialda:

"Cebhe.info"