İngiltərə geridönüşlə 1/4 finalda - YENİLƏNİB

İngiltərə geridönüşlə 1/4 finalda - YENİLƏNİB

Bu gün AVRO-2024-də 1/8 final mərhələsinin növbəti oyunları keçirilib.

"Cebhe.info" xəbər verir ki, pley-offun ikinci günü Helzenkirhendə başlayıb.

İngiltərə millisi Slovakiya ilə üz-üzə gəlib. Uzun müddət hesabda geridə olan ingilislər 90+5-ci dəqiqədə hesabı bərabərləşdirib. Cud Bellingem sensasiyaya imkan verməyib. Əlavə vaxtın ilk dəqiqəsində Keyn ikinci topu Slovakiyanın qapısından keçirib və komandası 1/4 finala yüksəlib.

Qeyd edək ki, günün digər matçında İspaniya ilə Gürcüstan qarşılaşacaq.

"Cebhe.info"