Bakıda bina tikmək üçün ağaclar kəsildi

Bakıda bina tikmək üçün ağaclar kəsildi

Yasamal rayonu, Murtuza Muxtarov küçəsi 145 ünvanında ağacların  kəsilməsi ilə bağlı sosial şəbəkələrdə yayılmış görüntülər Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən  araşdırılıb.

Xidmət rəsmisi Qafar Ağayev "Cebhe.info"-ya bildirib ki, araşdırma zamanı sözügedən ünvanda, yaşayış binalarının tikintisi məqsədilə "İbrahim-Q" MTK-ya ayrılmış ərazidə 3 ağacın və bir neçə kolun kəsildiyi müəyyən edilib. 

Faktla bağlı akt tərtib olunub.

“Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır”. 

"Cebhe.info"