Yeraltı keçiddə boğulub öldülər

Yeraltı keçiddə boğulub öldülər

Hindistanın paytaxtı Yeni Dehlidə güclü yağışlar nəticəsində 11 nəfər ölüb, 4 vətəndaş su basmış yeraltı keçidlərdə boğulub.

“Cebhe.info” bu barədə “Times of India”-ya istinadən xəbər verir.

Qeyd olunur ki, Hindistan paytaxtında hava nəqliyyatı dayandırılıb.

Güclü yağışlar Dehlinin əsas hava limanının üç terminalından birində damın uçmasına, uçuşların dayandırılmasına, yeraltı keçidlərin su altında qalmasına və kütləvi tıxaclara, şəhərin bəzi ərazilərində elektrik və su təchizatında fasilələrə səbəb olub.

Bu ayın əvvəlində rekord həddə çatan ən pis istilik dalğalarından birini yaşayan Yeni Dehli iyunun 28-də son onilliklərin ən pis yağışını yaşadı, bir gündə yağan yağış bütün ay ərzində şəhərin orta göstəricisini keçib.

Xəzər
“Cebhe.info”