Nümayişçinin anasını zorlayacağını deyən polisin işi araşdırılır

Nümayişçinin anasını zorlayacağını deyən polisin işi araşdırılır

İsrailin Daxili Polis Təhqiqatları Departamenti (DIPI) bazar günü nümayişçiyə "anasını zorlayacağını" söyləyərkən videoya düşən polis məmuru və millət vəkili ilə savaşan polis əməkdşaları ilə bağlı bağlı istintaq başlatdıb.

“Cebhe.info” “Times of Israel”-ə istinadən xəbər verir ki, Departament öz bəyanatında etirazçı və Əmək Knessetinin üzvü Naama Lazimi ilə əlaqə saxlayacağını və hadisələrin hərtərəfli araşdırılacağını bildirib.
    
İsrailin Baş naziri Binyamin Netanyahunun rəsmi iqamətgahının yaxınlığında, Paris meydanında həftəlik etiraz aksiyası zamanı polis məmuru saxladığı etirazçını söyərək, hədələyib, ona “ananı zorlayacağam” deyib. Baş verənlər kənardan videoya çəkilib.

Agentlik həmçinin bildirir ki, Təl-Əvivdə parlamentari Naama Lazimi ilə toqquşma zamanı lentə alınan polis əməkdaşlarını araşdırır.

Polis məmurları Laziminin Knessetin deputatı kimi ona verilən deputat toxunulmazlığına baxmayaraq, itələyiblər.

Xəzər
“Cebhe.info”