Rekord məbləğdə silah ixracına icazə verildi

Rekord məbləğdə  silah ixracına icazə verildi

Almaniya rekord məbləğdə  - 7,48 milyard avro dəyərində silah ixracına icazə verib. 

“Cebhe.info” xəbər verir ki, bu barədə DPA agentliyi respublikanın İqtisadiyyat Nazirliyinin məlumatlarına istinadən yazıb.

Yanvarın 1-dən iyunun 18-dək Almaniya 7,48 milyard avro dəyərində silah ixracını təsdiqləyib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 30 faiz çoxdur. 

Bildirilir ki, 4,88 milyard avro, yəni ümumi məbləğin təxminən 65 faizi Ukrayna üçün nəzərdə tutulub.

Almaniyadan silah alanlar arasında ikinci yerdə Sinqapur (1,21 milyard avro), üçüncü yerdə isə Hindistan (153,75 milyon avro) qərarlaşıb.

Bundan əvvəl “Bild”-in müxbiri Byarne Stritzel bildirmişdi ki, Ukrayna Silahlı Qüvvələri (AFU) Belqorod vilayətinə zərbələr endirmək üçün Almaniyadan gətirilən “Panzerhaubitze 2000” (PzH 2000) özüyeriyən artilleriya sistemlərindən istifadə edib. Jurnalist Ukrayna Silahlı Qüvvələrinin Xarkov vilayətindəki mövqelərinə baş çəkib. Onun sözlərinə görə, Ukrayna hərbçiləri meşəlik ərazilərdə artilleriya zərbələri və Rusiya Silahlı Qüvvələrinin PUA-larından ağacların örtüyü altında özüyeriyən silahları kamuflyaj edir.

Bu arada Almaniya müdafiə naziri Boris Pistorius da Ukrayna Silahlı Qüvvələrinə snayper tüfəngləri, pilotsuz təyyarələr və Patriot zenit-raket kompleksləri üçün raketlər vəd edib.

Xəzər
“Cebhe.info”