Dağıstan rəhbəri: Respublika ətrafında fırtına hələ də səngimir

Dağıstan rəhbəri: Respublika ətrafında fırtına hələ də səngimir

Mahaçqala və Dərbənddə baş verən terror aktlarından sonra region və onun sakinləri təqiblərlə üzləşib.

Bu barədə Dağıstanın rəhbəri Sergey Melikov bildirib.

Onun sözlərinə görə, respublika ətrafında fırtına hələ də səngimir: "Respublikanı təhqir edən bəyanatlar artıq bir həftədir ki, dayanmır. Bizi radikalizmdə ittiham edirlər, cinayətkarları bütün dindarlarla qarışdırırlar, niqablarda terror əlamətləri görürlər və ictimaiyyətin gözü qarşısında ehtiyatsızlıq edirlər, hətta deyərdim ki, təhlükəli şərhlər verirlər”, - deyə respublika rəhbəri öz Telegram kanalında yazıb.

Melikovun fikrincə, hər şey elə görünür ki, sanki bəzi yüksək rütbəli spikerlər vəziyyəti gərginləşdirmək istəyir.

Dağıstan rəhbəri həmçinin terror aktlarının ötən il İsraildən təyyarənin gəlməsi zamanı baş verən iğtişaşlarla əlaqələndirilməsini qəribə cəhdlər adlandırıb. O, əmin edib ki, həmin hadisələrə görə məsuliyyət daşıyanların hamısı layiq olduqları cəzanı alacaqlar və iğtişaş iştirakçılarına qarşı cinayət işləri onlara daha obyektiv baxılması üçün Krasnodar diyarına köçürülüb.

“Dövlət Dumasının bəzi deputatlarının həmin cinayət işlərinin Dağıstana qaytarılması ilə bağlı qəribə, razılaşdırılmamış bəyanatları tamamilə yersizdir. Mən bunun əleyhinəyəm, necə ki, kiminsə xüsusi strukturların işinə qarışmasının əleyhinəyəm”, - deyə Melikov qeyd edib.

"Cebhe.info"