Xətaidə avtomobil sexində yanğın olub
![Xətaidə avtomobil sexində yanğın olub](/uploads/images/2024/06/720x400/171974920264678193766814a52c77fe.jpg)
Xətai rayonunda avtomobil sexində yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 15 m² olan avtomobil rəngləmə sexinin ondulindən ibarət dam örtüyünün yanar konstruksiyaları, içərisinə yığılan ehtiyat hissələri qismən, 1 ədəd su sayğacı və 1 ədəd elektrik açarı yanıb.
Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
"Cebhe.info"