Məsud Pezeşkian belə səs verib

Məsud Pezeşkian belə səs verib

İranda prezidentliyə namizəd, Təbrizdən millət vəkili Məsud Pezeşkian da səsvermədə iştirak edib.

“Cebhe.info” xəbər verir ki, siyasətçi Firzubədi təhsil mərkəzində səs verib.

O, qalib gələcəyi təqdirdə İranın xarici ölkələrlə münasibətlərini yaxşılaşdıracağını vəd edib. 

Qeyd edək ki, prezidentlik uğrunda parlamentin sədri Məhəmməd Baqir Qalibaf, Ali Rəhbərin Təhlükəsizlik Şurasındakı nümayəndəsi Səid Cəlili, daxili işlər və ədliyyə naziri olmuş Mustafa Purməhəmmədi və sabiq səhiyyə naziri Məsud Pezeşkian mübarizə aparır.

Elmir Mustafa
“Cebhe.info