Vətəndaşlara səyahət xəbərdarlığı

Vətəndaşlara səyahət xəbərdarlığı

Avstraliya və Hindistan İsrail-Livan sərhədində gərginliyin artması səbəbindən vətəndaşlarına Livana səyahət etməmələri və uçuşlar olduğu müddətdə ölkəni tərk etmələri barədə xəbərdarlıq edib. 

"Cebhe.info" xəbər verir ki, Avstraliyanın xarici işlər naziri Penni Vong "X" sosial media hesabında verdiyi açıqlamada Livanda vəziyyətin "son dərəcə qeyri-sabit" olduğunu söyləyib. Vonq vətəndaşlara Livana səyahət etməmələri barədə xəbərdarlıq edərək, "Livandakı avstraliyalılar kommersiya uçuşları mövcud olduğu müddətdə ölkəni tərk etməlidirlər",- deyib. 

Bölgədəki vəziyyəti yaxından izlədiklərini ifadə edən Vonq Livanın paytaxtı Beyrutdakı hava limanının "qısa müddətdə bağlana bilməsi" ehtimalının olduğunu ifadə etdi. Hindistanın Beyrutdakı səfirliyindən edilən yazılı açıqlamada Livandakı Hindistan vətəndaşlarına “son dərəcə diqqətli olmaları və səfirliklə əlaqə saxlamaları” mövzusunda xəbərdarlıq edilib. ABŞ, Rusiya, Makedoniya, Kanada, Küveyt, İrlandiya, Almaniya və Niderland öz vətəndaşlarına Livanı tərk etmək də daxil olmaqla səyahət xəbərdarlığı edib. 

Xatırladaq ki, İsrail ordusu və “Hizbullah” 8 oktyabr 2023-cü ildən bəri Livanın cənubunda və İsrailin şimalında qarşılıqlı hücumlarını davam etdirir. 

Nigar Hacılı 
"Cebhe.info"