"Qəbələ” heyətinə daha bir futbolçu qatıb

"Qəbələ” heyətinə daha bir futbolçu qatıb

"Qəbələ” heyətini daha bir futbolçu ilə gücləndirib.

"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 2024/2025 mövsümündən I Liqada çıxış edəcək “qırmızı-qaralar” Salman Ələsgərovla anlaşıb.

23 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.

"Qəbələ" Akademiyasının yetirməsi olan müdafiəçi 2021-2023-cü illərdə “Qəbələ-2”nin formasını geyinib.

O, ötən mövsüm “Şamaxı”nın uğurları üçün çalışıb. S.Ələsgərov karyerası ərzində “Səbail-2” və “Zaqatala”da da çıxış edib, Azərbaycanın U-18 millisinə cəlb olunub.

Qeyd edək ki, “Qəbələ” daha əvvəl qapıçı Müşfiq Nadirov, müdafiəçi Vüqar Həsənov və yarımmüdafiəçi Urfan İsmayılovu heyətinə qatıb.

“Cebhe.info”