165 qanunsuz neft zavodu məhv edilib

165 qanunsuz neft zavodu məhv edilib

Nigerian National Petroleum Company Limited (NNPCL) son bir həftədə ölkədə qaçaq xam neftin qeyri-qanuni emal edildiyi 165 obyektin məhv edildiyini açıqlayıb.

"Cebhe.info" xəbər verir ki, NNPCL Qrupunun İcraçı Direktoru Mele Kyari son həftədə ölkənin neft bölgəsi olan Niger Deltasında həm dövlət, həm də özəl təhlükəsizlik agentlikləri tərəfindən təxminən 400 neft oğurluğu və vandalizm hadisəsi qeydə alındığını deyib.

Kyari qeyd edib ki, NNPCL və Nigeriya ordusu Niger Deltasında əməliyyatlar aparır.

Kyari əməliyyatlar zamanı 165 qeyri-qanuni neft emalı zavodunun və 39 qeyri-qanuni boru xətti bağlandığını bildirib.

Xatırladaq ki, nigeriyalı senator Ned Nvoko ötən il ölkədə artan neft oğurluğu və boru kəmərlərinə hücumlar nəticəsində 3 milyard dollardan çox zərərin baş verdiyini açıqlamışdı. 

Nigar Hacılı 
"Cebhe.info"