Ay ilahəsinin adası su altında qalacaq

Ay ilahəsinin adası su altında qalacaq

Yunanıstanın Delos adasının illər ərzində sular altında qalacağı iddia edilib.

"Cebhe.info" xəbər verir ki, Afina Fransız Arxeologiya Məktəbinin (EFA) prezidenti Veronique Chankovski açıqlamasında Delosun təxminən 50 ildən sonra yox olmağa məhkum olduğunu deyib. Egey dənizində Mykonos yaxınlığında yerləşən 1,3 kvadrat mil sahəsi olan ada eramızdan əvvələ aiddir. Sonralar Yunan mifologiyasında mühüm yer kimi tanınan Delos günəş tanrısı Apollon və onun əkiz bacısı Ay ilahəsi Artemidanın doğulduğu yer kimi tanınır. Daha sonra Delos Apollon məbədi kimi qurulub. 

Arxeoloji sahə kimi Delos eramızdan əvvəl 4-cü əsrdən xristianlığın ilk dövrləri arasında bir çox Ege sivilizasiyasının izlərini daşıyan qeyri-adi dərəcədə əhatəli və zəngin bir yerdir. Bu gün iqlim dəyişikliyinin səbəb olduğu dəniz səviyyəsinin yüksəlməsi qədim ərazini risk altında qoyur. EFA-dan olan tədqiqatçılar Delosu 150 ildir tədqiq edirlər və son araşdırmalar artıq vurulan zərəri üzə çıxarıb. Yalnız son on ildə Delosun bəzi yerlərində dəniz səviyyəsi təxminən 70 fut qalxıb. 

Eyni zamanda, bölgədəki tektonik plitələrin hərəkəti nəticəsində adanın tədricən batdığı bildirilib. Tədqiqatçılar ən çox zərərin e.ə. I və II əsrlərə aid anbar binalarının yerləşdiyi ərazidə aşkar edildiyini bildirib. Delos məşhur turizm məkanı olduğundan piyadaların sıx olması problemi daha da artırır. Mənbələrə görə, ziyarətçilər tez-tez qadağan olunmuş ərazilərdən keçərək adanın məhv olmasını sürətləndirirlər. 

Ləman İsmayıl 
"Cebhe.info"