Yüzlərlə cəsəd tapıldı

Yüzlərlə cəsəd tapıldı

Dünyanın ən hündür dağının yamaclarında buzlaqların kütləvi şəkildə əriməsi nəticəsində Everestə qalxarkən həlak olan yüzlərlə alpinistin cəsədi aşkarlanıb.

“Cebhe.info” “The Japan Times”-a istinadən xəbər verir ki, ölənlərin qalıqlarını dağdan endirmək üçün nepallı alpinistlər və hərbçilər əməliyyat həyata keçiriblər.

30-a yaxın hərbi alpinistdən ibarət komanda yalnız beş nəfərin meyitini çıxara bilib. Lakin buzluqların altında hələ yüzlərlə insanın qalıqları var. Xatırladaq ki, 1920-ci illərdə Everestə ilk çıxışlar başlayandan bəri 2024-cü ildə səkkiz alpinist də daxil olmaqla 300-dən çox insan həlak olub. Onların əksəriyyəti səkkiz min metrdən başlayan ölüm zonasında həlak olublar. 

Həsən Məmmədov 
“Cebhe.info”