Rusiyada uşaqsızlığa rəsmi qadağa

Rusiyada uşaqsızlığa rəsmi qadağa

Demoqrafik problemi aradan qaldırmağa çalışan Rusiyada mövzu ilə bağlı radikal təşəbbüs gündəmdədir. 

"Cebhe.info" xəbər verir ki, Rusiya ədliyyə nazirinin müavini Vsevolod Vukolov uşaq sahibi olmamağın təşviqini qadağan edən qanun layihəsinin hazırlandığını açıqlayıb. 

Sankt-Peterburq Beynəlxalq Hüquq Forumunda məsələ ilə bağlı çıxış edən Vukolov bildirib ki, radikalizm çərçivəsində xüsusilə gənclər arasında “uşaqsızlıq ideologiyası”nın yayılmasını ehtiva edən qanun layihəsinə hazırlıq fəal şəkildə davam etdirilir. 

Rəsmi statistika xidməti “Rosstat”ın məlumatına görə, Rusiyada bir qadına düşən uşaqların sayı 2023-cü ildə 1,41-ə qədər azalaraq son 17 ilin ən aşağı səviyyəsindədir. 

Nigar Hacılı
"Cebhe.info"