Övladlığa götürdükləri uşaqları tövlədə saxlayıblar

Övladlığa götürdükləri uşaqları tövlədə saxlayıblar

ABŞ-nin Qərbi Virciniya ştatında ağdərili cütlük övladlığa götürdükləri 5 qaradərili uşağı pis şəraitə məruz qoymaqda və onlardan “qul” kimi istifadə etməkdə günahlandırılıb.

"Cebhe.info" xəbər verir ki, prokurorlar evsiz və həssas gənclər üçün sığınacaqdan övladlığa götürdükləri 6-16 yaş arası 5 uşağı tövlədə qıfıllı saxlayan və onlardan qul kimi istifadə etməyi planlaşdıran 62 yaşlı Ceyn Vahtfader və 63 yaşlı Donald Lantza qarşı ittiham aktı hazırlayıblar. 

İttihamnamədə cütlük "insan alveri", "uşaq baxımsızlığı", "köləlik" və "məcburi əmək" kimi bir çox cinayətlərdə ittiham olunub.

İttihama görə, qonşular da uşaqların təsərrüfat işlərinə məcbur edildiyini və evə buraxılmadığını iddia ediblər.

Kanawha County Şerif Departamentinin hadisə ilə bağlı verdiyi açıqlamada deyib:

"Uşaqlar özbaşına tövlədən çıxa bilmir, axan suyu, vanna otağı və yeməkləri yox idi". 

 Digər tərəfdən, iddialardan sonra haqqında həbs qərarı çıxarılan Vahtfader və Lantz cütlüyü ittihamları rədd edir.

Nigar Hacılı 
"Cebhe.info"